Rusiya Azərbaycanın təklifini dəstəklədi

Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək.
BAKU.WS-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Rusiya bu təşəbbüsü dəstəkləyib:
"Qoşulmama Hərəkatının və onun sədri qismində Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması qərarı qəbul edilib və Rusiya bu təşəbbüsü dəstəkləyib. Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi sessiya onlayn formatda keçiriləcək. Hazırda müvafiq prosedurların razılaşdırılması davam edir".
Oxşar xəbərlər
XİN sözçüsü: "Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur" - MÜSAHİBƏ
BAKU.WS Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın müsahibəsini təqdim edir. - Ölkəmizin dövlət başçısının BMT Baş As...
