Rusiya Azərbaycanı “Qafqaz-2020” təlimlərinə dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün 7 ölkədən, o cümlədən Azərbaycandan hərbçilər dəvət edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
“Xəzər dənizi akvatoriyasında təlim epizodlarının həyata keçirilməsi üçün Azərbaycan və İran dəvət edilib”, - A.Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə söyləyib.
O, təlimlərin iki mərhələdə aparılacağını qeyd edib. Birinci mərhələdə hərbi idarəetmə orqanları şərti hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları planlaşdıracaqlar. İkinci mərhələdə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları keçirməsi planlaşdırılır.
Təlimlər sentyabrın 21-dən 26-dək keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə hərbi təlimlərinin ƏSL SƏBƏBİ - Düşməni qorxuya salan addım
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşun...