Rusiya Azərbaycana yeni döyüş təyyarələrini təklif edib
29
iyn
2019
17:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.Bu barədə “Azeri Defence”ə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:“Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.
Oxşar xəbərlər
Cəbhə bölgəsində təlim məşqləri - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.Mü...