Rus qoşunları Severodonetsk istiqamətində geri çəkilib

Rus qoşunları Severodonetsk istiqamətində geri çəkilib
Siyasət 83

Ukrayna Silahlı Qüvvələri Severodonetsk istiqamətində Sirotino kəndi yaxınlığında rus qoşunlarını sıxışdıraraq çıxarıb. Döyüş əməliyyatları nəticəsində rus qoşunları itki verərək geri çəkilib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında bildirilib.

Eyni zamanda, Rusiya ordusunun Şərq Əməliyyat Bölgəsində hücumu davam edir.

Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Donetsk istiqamətində cəmləşib. Belə ki, bu istiqamətdə olan ərazilər minaatanlardan, artilleriyadan atəşə tutulmaqda davam edir.

Son xəbərlər