Rus muzdlu dəstəsi Vaqner necə oldu ki "dünyanın ən təcrübəli ordusuna" çevrildi? - DETALLAR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin son günündə Rusiya prezidenti Vladimir Putin Ukraynada döyüşmüş zabit və əsgərlərə ölkənin ən yüksək medalını təqdim etmək üçün Rusiyanın cənubuna səfər edib.
Lakin Putinin medalla təltif etdiyi əsgərlərdən biri qrupun digər üzvlərindən fərqli hərbi forma geyinib.
BAKU.WS xəbər verir ki, onun forması Qərbin sanksiyasına məruz qalmış rusiyalı iş adamı Yevgeni Priqojinin yaratdığı muzdlu qrup olan Vaqnerin geyimlərinə bənzəyirdi.
Gəncin şəxsiyyəti müəyyənləşdirildi. Məlum oldu ki, o, 2019-cu ilin oktyabrında Moskvada kafedə quldurluğa cəhdə görə həbs edilən və bir neçə aydan sonra 7 il müddətinə azadlıqdan məhrum olunan döyüş həvəskarı Aik Qasparyandır.
Qasparyan ABŞ-ın Ukraynada yerləşdirildiyini ehtimal etdiyi 40 min keçmiş rusiyalı məhbusdan biri idi. Bunlardan əlavə də, Vaqnerin Ukraynada 10 min muzdlusu var.

“Washington Post” qəzeti yazır ki, bu təxminləri məhbusların müharibədə iştirakını izləyən “Rusiya dəmir barmaqlıqlar arxasında” qrupunun topladığı məlumatlarla təsdiqləmək olar.
Məlumata görə, Vaqnerin təsisçisi Yevgeni Priqojin ötən ilin yayında Rusiya penitensiar müəssisələrində yeni gətirilən döyüş qabiliyyətli şəxslərlə danışıqlar aparıb. Prigozjin məhbuslara söz vermişdi ki, əgər Vaqnerlə döyüşsələr, onların cəzaları bağışlanacaq.
Ukrayna ordusu Vaqner Qrupu üçün döyüşən məhkumların xüsusilə ən riskli nöqtələrdə istifadə edildiyini və onların əksəriyyətinin öldüyünü açıqlayıb.
2014-cü ildə yaradılan və 2015-2016-cı illərdə fəallaşan muzdlu qruplaşma Şərqi Ukraynada Rusiyanın dəstəklədiyi separatçılara yardım etmək üçün qurulub.
Daha əvvəl, Vaqnerin təsisçisinin Rusiyada məhbuslara müraciət edən videosu mətbuata sızıb. Bu günə qədər Sudan, Suriya, Liviya və Afrika qitəsində Vaqner muzdlularının müxtəlif əməliyyatları baş tutub.
Ukraynadakı müharibədən əvvəl Vaqnerə qoşulanların əksəriyyəti yaxşı maaşlı iş tapmaq şansları məhdud olan kiçik yerlərdə məskunlaşan insanlar idi. Vaqner işçilərinə ayda təxminən 1500 dollar maaş verir. Onlar cəbhəyə gedəndə bu qonorar 2 min dollara qədər qalxır.
Məlumatlara görə, 2015-ci ildə Vaqner Qrupu Suriyada hökumətyönlü qüvvələrlə birlikdə döyüşməyə başlayıb və eyni zamanda neft yataqlarını qoruyub. 2016-cı ildən etibarənsə Liviyada general Xəlifə Haftara sadiq qüvvələrə dəstək verir.
Bütün bunlara baxmayaraq qrup Rusiya-Ukrayna müharibəsindən əvvəl Rusiyada o qədər də tanınmırdı.
Rusiya Vaqnerin dövlətlə əlaqəsini həmişə inkar edib. Həmçinin bu ölkənin qanunları muzdlu xidmət müqabilində cəzaların bağışlanmasına icazə vermir.
Biznesmen Yevgeni Priqojin Vaqnerlə əlaqəsi olduğunu iddia edən bir neçə jurnalisti məhkəməyə verib. Bu vəziyyət Rusiyanın Ukraynanı işğalından sonra dəyişdi. Yevgeni Prigozjin Vaqner Qrupu ilə əlaqələri haqqında daha açıq danışmağa başladı. O, keçən ilin sentyabrında nəhayət ki qrupu 2014-cü ildə yaratdığını etiraf edib.
Son vaxtlara qədər Vaqnerin adını çəkməyən Rusiyanın rəsmi xəbər agentlikləri gündə bir neçə dəfə bu qruplaşmaya istinad edir və məhbusların hərbi xidmətə çağırılması barədə məlumat verir.
Rusiyanın dövlət kanalı NTV "Dünyanın ən təcrübəli ordusu" kimi təqdim edərək "Vaqner Qrupu" haqqında xəbər yayımlayıb.
Yevgeni Prigozjin ötən həftə Rusiya parlamentinin spikeri Vyaçeslav Volodinə məktub yazaraq “hərbi xidmətə çağırılan məhbuslar haqqında faydasız məlumatlar axtaran və onları cinayətkar kimi təqdim edən” jurnalistlərdən şikayətlənib.
Bununlka yanaşı Prigozjin mediaya Vaqnerə yeni gələnlərin cinayət qeydləri haqqında məlumat verməyi qadağan etməyi təklif edib.
Volodin təklifi qəbul edib və parlamentin müvafiq komitələrindən Rusiya cinayət məcəlləsinə mümkün dəyişiklikləri araşdırmağı tapşırıb.
Rusiya Parlamentinin sədri, "Ölkəmizi müdafiə edən hər kəs, ordu, könüllülər, yeni əsgərlər, Vaqner üzvləri, hamısı qəhrəmandır." deyib.
(haber türk)
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...