"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki lövhə sökülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki hər iki dildə olan lövhə sökülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən "Rus Evi"nin əməkdaşları divarlardan tabloları çıxarıb, məkanı boşaldıblar.
Xatırladaq ki, Azərbaycan "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...