"Rövşən Lənkəranski"nin tərəfdarı olan azərbaycanlı kriminal avtoritet ÖLDÜRÜLDÜ - FOTO

27
okt
2022
10:35
Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, kriminal aləmdə "Qardaşoğlu" ləqəbi ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.
Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanın Rövşən Canıyevin tərəfdarı olub.
Elnur Qasımovun qardaşı Emin Qasımovda kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.
Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.
Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.
Qalereya
Oxşar xəbərlər
“Lotu Quli”nin qardaşının adamları Ukraynada saxlanıldı - VİDEO
Ukraynanın Odessa vilayətində kriminal qruplaşmanın üzvləri saxlanılıb. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin Milli Poli...
