"Rosaviasiya": Təyyarə qəzası zamanı Qroznı hava məkanında "Kovyor" planı tətbiq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası "Kovyor" planının həyata keçirilməsinə başlamışdı.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov bildirib.
"Kovyor" planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s.
Ən yaxın hava limanının dispetçeri hava gəmilərinə " Kovyor " əməliyyatının aktivləşdirilməsi barədə məlumat verir, hərbi tezliklərdə isə əmr hava hücumundan müdafiə üzrə növbətçi tərəfindən ötürülür.//Report.az
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...