Roblox Türkiyədə Bloklandı
Türkiyədə məşhur onlayn oyun platforması Roblox Adana 6-cı Sülh Cəza Məhkəməsinin qərarı ilə bağlanıb. İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) internet saytında verilən açıqlamaya görə, Roblox-a giriş 07/08/2024-cü il tarixli 2024/5282 D saylı qərar əsasında bloklanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Heberler.com məlumat yayıb.
Ədliyyə naziri Yılmaz Tunç bloklanmanın səbəbi kimi Adana Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Roblox platformasında uşaqların istismarına səbəb ola biləcək məzmunların olması ilə bağlı olduğunu bildirib. Tunç dövlətin uşaqları qorumaq üçün lazımi tədbirləri görmək borcu olduğunu və belə hallara qarşı həssas yanaşılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin uşaqların müdafiəsi və təhlükəsizliyini təmin etmək üçün texnologiyadan ən yaxşı şəkildə istifadə etdiyini və gələcəkdə də bu cür mənfi hallara qarşı tədbirlər görəcəyini bildirib.
Oxşar xəbərlər
Türkiyədə İnstaqrama giriş bloklanıb
Türkiyədə milyonlarla istifadəçisi olan İnstaqram sosial media platformasına giriş bloklanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəbəkə İnformasiy...