Robert Mobili: “Xudavəng” alban məbədlərinin mirvarisidir”
Yeniliklərdən dərhal xəbərdar olun
"Xudavəng" alban məbədlərinin mirvarisidir və müqəddəs bir yerdir".
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanın Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.
O vurğulayıb ki, "Xudavəng" məbədi alban irsidir: "Bu gün bu müqəddəs məkanı ziyarət etmək və orada Pasxa bayramını qeyd etmək alban irsini saxlamaq üçün vacib amildir".
"Bu gün biz "Xudavəng" məbədini həm ziyarət edirik, həm də Pasxa bayramını qeyd edirik. Biz bundan öncə də işğaldan azad olunmuş kilsələri də ziyarət etmişik və bayramı orada qeyd eləmişik", - R.Mobili əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...