Rivaldo və Neymarın bacısı Braziliyada dövlət çevrilişində iştirak edib

Dünya futbolununun tanınmış simalarından olan Rivaldo və "Əl-Hilal"ın futbolçusu Neymarın bacısı Rafaella Santos Braziliyada dövlət çevrilişinə iştirak edib.
BAKU.WS xıbır verir ki, bu barədə "Marca" nəşri yazıb.
Nəşrin yazdığına əsasən, Braziliyada prezident Lula da Silvanın qələbəsindən sonra iğtişaşlar və dövlət çevrilişi cəhdlərində Rivaldo və Rafaella Santosun da adı hallanır.
Prokurorluq onları dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib. İğtişaşlar Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsinə qarşı təşkil olunub. Rivaldo iğtişaşların təşkilinə 10 min avro ianə verməkdə ittiham edilir.
Oxşar xəbərlər
Braziliyada iğtişaşlar: Fövqəladə vəziyyət elan edildi - FOTO
Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə və...
