İrəvanda etirazçılar Nazirlər Kabinetinin girişinə donuz başı atıblar

İrəvanda etirazçılar Nazirlər Kabinetinin girişinə donuz başı atıblar
Siyasət 60

"Biz edam cəzasını qaytaracağıq. Bu adamları meydandan çıxarandan sonra qanuna uyğun olaraq onları asacağıq, digərlərinin isə başları kəsiləcək".

BAKU.WS xəbər verir ki, bunu mayın 4-də İrəvanda keçirilən etiraz aksiyası zamanı 44 günlük müharibə zamanı ölən əsgər Hayk Melikyanın anası Naira Melikyan deyib.

O, qeyd edib ki, indiki xuntanı cəzalandırmaq naminə ölüm hökmünü geri qaytaracaqlar.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirilib. Narazı kütlə “Nikol satqındır!”, “Vətən oğruları”, “Ermənilərin qatilləri” şüarlarını səsləndiriblər.

Etirazçılar həmçinin Nazirlər Kabinetinin binasının girişinə donuz başı atıblar.

Son xəbərlər