İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir

İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir
Siyasət 55

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Son xəbərlər