İrəvan Rusiya FTX-ni münaqişəyə cəlb etməyə çalışır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan Rusiya Federal Təhlükəsizlik Xidmətini Ermənistanla Azərbaycan arasındakı münaqişəyə cəlb etməyə çalışır.
Bu gün Ermənistanın “Telegram” kanallarında Azərbaycan tərəfindən erməni mövqelərinin atəşə tutulması zamanı guya Rusiya FTX-nin texnikasının zədələndiyi barədə məlumatlar aktiv şəkildə yayılmağa başlayıb. Lakin Rusiya mənbələri bu məlumatı təsdiqləməyib.
Bundan əlavə, Ermənistan tərəfinin təqdim etdiyi fotoşəkillərdə avtomobilin üzərində heç bir qəlpə izi yoxdur. Nümayişkəranə şəklində asılmış Rusiya bayrağı da şübhə doğurur.
Bütün bu faktlar səhnələşdirmənin baş verdiyini güman etməyə imkan verir. Məqsəd Moskvanı vasitəçi statusundan çıxarmaq, Kremli münaqişə tərəflərindən birinə, konkret halda Ermənistana tərəf çəkməkdir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...