Rəssam kralın bu portretini çəkəndə infarkt keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl kral III Çarlzın nümayiş edilən qırmızı portreti müzakirələrə səbəb olub. Şəkilin qırmızı rənglə çəkilməsi birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə izləyiciləri portretdən kralın cəhənnəmə düşəcəyinin aydın olduğunu qeyd ediblər.
BAKU.WS xəbər verir ki, portretin müəllifi olan Conatan Yeyo onun qırmızı rəngə boyamağının səbəbini ilk dəfə açıqlayıb.
O "Sunday Times"a müsahibəsində bildirib ki, bir rəssam tablonu necə çəkirsə çəkin ona baxanlar mütləq başqa cür anlayacaqlar.
Rəssam portreti bütünlüklə qırmızı rəngə boyamağının səbəbini isə belə izah edib:
"Düşündüm ki qırmızı rəng diqqəti yayındırır. Əvvəl sadəcə kralın geyimini qırmızı rəng etmək istədim. Lakin daha sonra tablonu bütünlüklə qırmızıya boyadım. Bunun psixoloji bir tərəfi də var. 2023-cü ildə bu tablonu çəkəndə infarkt keçirdim. Bu rəngi də çox bəyəndim və rəsmi bu rənglə çəkdim".
Xatırladaq ki, kral III Çarlzın portreti iyunun 14-nə qədər Londondakı "Philip Mould Gallery"də nümayiş olunacaq.
Oxşar xəbərlər
Nostradamusun 2024-cü il təxmini gerçəkləşir - Böyük Britaniya kral ailəsində ...
Bir neçə gün əvvəl Böyük Britaniya Kralı III Çarlzın xərçəng xəstəliyi ilə mübarizə apardığı və müalicələrini uğurlu şəkildə davam etdiyi bildirilib. Böyük Brit...