Rəsmi İrəvan: “Ermənistan Azərbaycanla vəziyyəti gərginləşdirmək niyyətində deyil”
08
sen
2023
23:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Azərbaycanla vəziyyəti gərginləşdirmək niyyətində deyil və ilk fürsətdə müzakirələri davam etdirməyə hazırdır”.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Ermənistan Azərbaycanla mövcud problemlərin müstəsna olaraq diplomatik yollarla həllinə sadiqdir:
“Biz regionda sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistanın ilk fürsətdə Azərbaycanla bu istiqamətdə müzakirələri davam etdirməyə hazır olduğuna cəlb edirik”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...