Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək
06
mar
2026
14:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Qətərdə qalan Azərbaycan vətəndaşları var idi: "7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...