Rəsmi Bakı: Bu qərar Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini nümayiş etdirir

Rəsmi Bakı: Bu qərar Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini nümayiş etdirir
Siyasət 23

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 25 aprel 2025-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd etməsinə dair məlumatında qeyd olunub.

Bildirilib ki, məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.

Son xəbərlər