Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina təhlükəsi ilə bağlı səylərini səfərbər etməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Ağdamda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!"", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...