Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsini icra edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən R.Məcid Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:
“Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.
Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun istefa ərizəsi yazması və onu Rəşad Məcidin əvəz edəcəyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...