Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğluna yeni vəzifə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.
BAKU.WS xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.
Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.
Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...