Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib
Azərbaycanın Özbəkistana yeni təyin olunmuş səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Etimadnamənin təqdimetmə mərasimində çıxış edən Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, hər iki ölkə liderinin siyasi iradəsi nəticəsində əlaqələr strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.
Prezidentin sözlərinə görə, ötən dövrdə qarşılıqlı ticarət dövriyyəsi 40 faiz artıb, birgə fəaliyyət göstərən müəssisələrin sayı 450-yə yaxınlaşıb, yükdaşımalarının həcmi isə iki dəfə yüksəlib.
Mirziyoyev vurğulayıb ki, yaxın perspektivdə Azərbaycan və Özbəkistan arasında formalaşdırılan birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması əsas hədəflərdən biridir.
Görüş zamanı qarşıdakı yüksək səviyyəli təmasların və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi də qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Londonda imzalanmış beynəlxalq konvensiyaya qoşulur
Azərbaycan "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulur. BAKU.WS President.az-a istinadən x...