Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin beynəlxalq avtomobil daşımaları ilə bağlı səlahiyətləri artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi və nəzarəti ilə bağlı bəzi səlahiyətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
Bu barədə “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin qərarında göstərilib.
Bu məqsədlə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında əsasnamənin 3-cü bəndi dəyişdirilib. Bununla da gömrük sərhəd buraxılış məntəqələrində də xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...