Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə daxil olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisə payız sessiyasında daxil olacaq”.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri Rəqabət Məcəlləsinin iş planına daxil olmaması məsələsinə aydınlıq gətirib və bildirib ki, iş planında olmasa da Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə daxil olacaq.
“İkinci mühüm məsələ təklif edərdim ki, "Mikro və kiçik sahibkarlığın inkişafı haqqında" qanun layihəsini də biz iş planına daxil edək. Çünki məndə olan məlumata görə, bu qanun layihəsi də Milli Məclisə payız sessiyasında daxil olacaq”, - komitə sədri bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...