Repressiv molla rejiminin cinayəti: 21 yaşlı gəncin meyitini gecə ilə dəfn etdilər - VİDEO

08
dek
2022
23:26
İranda repressiv qüvvələr 21 yaşlı gəncin ailəsini övladlarının meyitini gecə dəfn etməyə məcbur ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İranın Sənəndəc şəhərindən olan Humən Abdullahi adlı 21 yaşlı gənc hökumət qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həlak olub.
Bu gün səhər saatlarında dəfn olunacağı gözlənilən gəncin ailəsinə hökumət qüvvələri təzyiq göstərərək meyiti gecə basdırmağa məcbur ediblər. Buna səbəb isə şəhər camaatının yığışmasının qarşısını almaq olub.
Oxşar xəbərlər
İranda 22 yaşlı gənc repressiv qüvvələr tərəfindən öldürülərək ucqar yerdə basdırıldı - FOTO/VİDEO
İranın İze şəhər sakini 22 yaşlı Hamed Sələhşur repressiv qüvvələrin işgəncələri nəticəsində həyatını itirib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat...
