Regionlarda kommunal xərclər, vergilər 50% azaldılmalıdır” - DEPUTAT
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün ən böyük problemlərdən biri işsizlikdir”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib.
“Bu problemin üzərində işləmək lazımdır. Regionlarda iş yerləri açılmalıdır. Orada kommunal xərclər, vergilər 50% azaldılmalıdır. Bununla da problemləri müəyyən qədər azaltmaq olar. İstənilən sahibkar Bakıda zavod, fabrik tikə bilirsə, o niyə regionda gedib bunları etməlidir?” - deyə millət vəkili qeyd edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...