İraqda ABŞ hərbi helikopteri qəzaya uğradı - Ölənlər var

16
mar
2023
12:30
İraqın qərbində hərbçilərin olduğu ABŞ-yə aid hərbi helikopter qəzaya uğrayıb.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının qərargahı məlumat yayıb.
Məlumata görə, qəzanı törədən hava gəmisi “Black Hawk” hücum helikopterinin müşayiəti ilə İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasından havaya qalxan “Chinook” nəqliyyat helikopteri olub.
Bildirilib ki, qəza yerində ölən 6 hərbçinin cəsədi tapılıb. Təyyarədə olan yeddinci şəxsin - qadın əsgərin axtarışları davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...
