İranlı təlimatçılar Rusiyaya dronlarla kömək üçün Belarusa səfər ediblər

23
okt
2022
23:23
İranlı təlimatçılar Ukraynadakı infrastruktur obyektlərində "Şahed-136" kamikadze pilotsuz təyyarələrin buraxılışını koordinasiya işində Rusiyaya kömək etmək üçün Belarusa yola düşüblər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Qomel vilayətinin Mikuliçi kəndində İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri görünüb.
Məlumata görə, onlar Ukraynanın şimal və qərb vilayətlərində, eləcə də Kiyev vilayətində yerləşən infrastruktur obyektlərində pilotsuz təyyarələrin buraxılmasını həyata keçirəcək.
Oxşar xəbərlər
Kiyevə kamikadze dronlar ilə zərbələr endirilib, Kliçko əhaliyə müraciət edib - YENİLƏNİB/FOTO
Kiyev şəhər meri Vitali Kliçko kamikadze-dronları ilə hücum səbəbindən Ukraynanın paytaxtında bir neçə yolda hərəkət məhdudlaşdırılıb. BAKU.WS-in məlumatına gö...
