İranlı qadın etirazlarda öldürülən qardaşının məzarı üzərində saçını kəsdi - VİDEO

İranlı qadın etirazlarda öldürülən qardaşının məzarı üzərində saçını kəsdi - VİDEO
Video
Siyasət 176

İranda hicabını düzgün bağlamadığı üçün Qəşt-e Ərşad patrulu (yerli əxlaq polisi) tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlarda həlak olan Cavad Heydərinin dəfn mərasimində gərgin anlar yaşanıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dövlət təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gəncin bacısı hakimiyyətə etiraz əlaməti olaraq qardaşının məzarı üzərində saçlarını kəsib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ölkədəki etirazlar getdikcə daha da genişlənir. Artıq İrandakı nümayişlərə beynəlxalq ictimaiyyət tərəfindən də dəstək verilir.

Son xəbərlər