İranlı gənc nümayişkaranə şəkildə İslam Respublikasının bayrağına od vurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İranda molla rejimindən narazı gənc İslam Respublikasının bayrağını yandırıb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.
Qeyd olunur ki, gənc "Qadın, Həyat, Azadlıq" şüarı ilə çağırışlar edib.
O, etirazlar müddətində molla rejimi tərəfindən qətlə yetirilən etirazçıların qisası üçün İslam Respublikasının bayrağını yandırıb.
Gənc heç bir şeydən qorxmadığını qeyd edib, amma özünə bir şey olacağı təqdirdə cavabdehliyi molla rejiminin daşıdığını bildirib.
Cinayətkar rejimin və bayrağının İran xalqının tarixinə, mədəniyyətinə və etnik quruluşuna biganə olduğunu və buna görə də insanların qəzəb atəşində yanmalı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...