İranın qüdrətli Azərbaycan və Türkiyə qardaşlığı xofu - DEPUTATDAN ŞƏRH - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Sübuta ehtiyacı olmayan reallıq budur ki, həmin ərazilər bizim dədə-baba torpaqlarımızdır və soydaşlarımız öz tarixi torpaqlarında ana dilində təhsil almaqdan məhrumdur".
Bu fikirləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, İranda insan hüquqları və azadlıqlarının pozulması yeni hadisə deyil. Artıq onillərdir ki, bu ölkədə vətəndaşların hüquqları qorunmur:
"İranda 40 milyona yaxın Azərbaycan Türkləri var. Çox təəssüf ki beynəlxalq təşkilatlar bu məsələyə göz yumur. İran uzun illərdir bu təşkilatlar tərəfindən sanksiyalara məruz qalsa da, bu bir nəticə vermir. İranda yaşayan təxminən 40 milyonluq azərbaycanlının öz dilində mədəni mərkəzi və məktəbi olmasa da, 500 min erməninin universiteti, məktəbləri, radio və televiziyası, mədəni mərkəzləri var. Bu da onu sübut edir ki, İran hər zaman Ermənipərəst dövlət olub. Onlar bir-birlərinə qarşı dostluq-qardaşlıq nümayiş etdirirlər. Özünü İslam dövləti kimi təqdim edən rejim azərbaycanlı vətəndaşlarına şərait yaratmır. Bu da sözsüz ki, bir millətin assimilyasiyasına gətirib çıxarır.
İranın tarixinə nəzər salsaq, görərik ki, heç zaman Türkiyə və Azərbaycana xoş münasibət bəsləməyib. Əvəzində isə düşmənçilik göstərib. Hər iki ölkənin əhalisi müsəlman olmasına baxmayaraq, bu amil nəticəni dəyişməyib. Bu gün isə İran həm də Türkiyə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmağından, iki ölkənin dostluğundan təkcə narahat deyil həm də əsassız yerə xoflanır. Buna görə də İranın bizə qarşı son illər daha çox antipatiyası özünü biruzə verir".
"Əslində isə İran, Türkiyə və Azərbaycan - biz hamımız böyük islam ailəsinin üzvüyük. 30 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Elə ölkələr var ki, inkişafına yüz illərlə vaxt lazım olur. Ölkəmiz Ulu Öndər yolu olan bu yolu çox qısa zaman kəsiyində uğurla qət etməyi bacarıb. Eləcə də Türkiyə hazırda dünyada söz sahibi olan ölkələrdən biridir. Belə vəziyyətdə İran sevinməlidir ki, müsəlman qardaşları olan ölkələr yüksək inkişaf yolu keçir. İslam Konfransı Təşkilatının da məqsədi elə məhz budur. Lakin proses onu göstərir ki, gözlənilənlərin əksinə, İranın qərəzi daha da artır. Torpaqlarımız işğal altında olduğu 30 il ərzində İranın ölkəmizə dəstək verməsi düşünülsə də, bunun da tam əksi müşahidə edildi. Bu müddətdə İran bizim müstəqilliyimizi tanısa da reallıqda tam ermənipərəst mövqe göstərib. Biz bunu Vətən müharibəsində daha aşkar gördük. İranın bizə qarşı olan xoş niyyəti və münasibəti əməldə olmalıdır", - deyə deputat İranın Azərbaycan və Türkiyə qardalığına münasibətindən danışarkən bildirib.
M.İbrahimqızı onu da qeyd etdi ki, İran hazırkı mövqeyi ilə heç nə əldə etməyəcək, əvəzində isə nüfuzuna zərbə vurmuş olacaq:
"İranın təkcə Azərbaycan və Turkiyəyə qarşı deyil, eyni zamanda yaxın şərqdə, Suriya, Yəmən və bir sıra müsəlman ölkələrində də yetərincə fitnə, fəsad əməlləri var. Hər kəs bunun canlı şahididir. Bu əməllər İrana heç nə qazandırmayacaq. Çünki hazırda Azərbaycan qüdrətli dövlətdir. Həmçinin Türkiyə NATO-da hərbi gücünə görə ikinci böyük ölkədir. Sərhədlərimizdə hərbi təlimlər keçən İran bu yolla özünə ancaq zərər verir və İslam aləmində nüfuzunu itirir. Belə əməllər, əfsus ki, xalqlara sirayət edir. İranın düşmənçilik siyasəti onun təklənməsinə gətirib-çıxarır. Eyni zamanda Qafqazda gərginlik yaranır. Bu da bölgədə dayanıqlı sülhün mövcudluğuna təhdid sayılır. Bütün bunlar İrana heç nə vəd etmir və etdiyi hər bir pisliyin misli ilə cavabını alacaqdır".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...