İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız zəhərlənib

İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib.
BAKU.WS “report”a xəbər verir ki, onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilib.
Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib.
İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.
“İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”, - o deyib.
Oxşar xəbərlər
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY - FOTO
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb". BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun...