İranın 2024-cü il Olimpiadasından kənarlaşdırılması tələb olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsiplərini pozduğuna görə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırmağı xahiş edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, ölkədə idman sahəsində etnik, cinsi, dini, siyasi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verildiyinin qeyd olunduğu müraciətdə Tehran Olimpiya Xartiyasına hörmət etməməkdə ittiham olunur. Burada söhbət əsasən güləş, boks, üzgüçülük, voleybol və gimnastika kimi idman növlərinin qadınlar üçün qadağan edilməsindən gedir.
Məktubun müəllifləri həmçinin İdman Arbitraj Məhkəməsi (CAS) ilə əlaqə saxlamaq və Change.org saytında petisiya yaratmaq niyyətindədirlər.
Mənbə: championat.com
Oxşar xəbərlər
Bu ölkədə "TikTok"a görə petisiya yaradıldı
Bu günlərdə Ukrayna prezidentinin saytında Çinin məşhur "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan olunmasını tələb edən petisiya dərc olunub. Bu barədə BAKU.WS...