İrandan gətirilmiş narkotikin çatdırılmasını təmin edən şəxs ƏLƏ KEÇDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 11 kq-a yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif növ narkotik vasitələrə aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 18 fakt üzrə 13 kq-a yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İkinci əl mağazaya gətirilən çantadan külli miqdarda pul çıxdı
Belçikada ikinci əl mağazasına gətirilən qadın çantasından 23 min avroya yaxın pul tapılıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, çanta Belçikanın ş...