İranda terror törədən şəxsin ruhi xəstəxanaya yerləşdirilməsinə rəsmi Bakıdan REAKSİYA

İranda terror törədən şəxsin ruhi xəstəxanaya yerləşdirilməsinə rəsmi Bakıdan REAKSİYA
Siyasət 112

"İranda Azərbaycan Səfirliyinə hücum edən şəxsin ruhi xəstə olması İranın arqumentidir".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi başadüşülən deyil.

"O, məqsədli şəkildə terror törədib, şüuru da yerində olub. Tutulandan sonra isə o, İran televiziyalarına müsahibə verdi", - deyə qurumun sözçüsü əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər