İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.
“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, - məmur IRIB telekanalının efirində deyib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.
Oxşar xəbərlər
İranda prezident seçkiləri başlayır
İyunun 28-də prezident seçkilərinin keçirildiyi İranda seçki məntəqələri saat 08:30-da açılıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Seçki qərar...
