İranda onlarla qadına cinayət işi açılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Qəzvin əyalətinin Ümumi və İnqilab Prokurorluğu "Hicab və İffət Qanunu"nun icrasına başlayandan indiyədək 173 qadına qarşı məhkəmə işi qaldırıb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.
Prokurorluq məcburi hicab qaydalarına riayət etməyən qadınların müəyyən edilməsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) əməkdaşlarının xüsusi rol oynadıqlarını bildirib.
İran Cinayət Məcəlləsinə əsasən, ictimai məkanlarda hicabsız gəzən qadınlara 2 ay 10 gün həbs cəzası verilir.
Xatırladaq ki, iyulun 16-dan etibarən İranın bütün şəhərlərində "Əxlaq" polisinin patrul xidməti yenidən öz fəaliyyətinə başlayıb.
Oxşar xəbərlər
İranda hicabsız qadınlar ictimai nəqliyyata buraxılmırlar - FOTO
İranda məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib. BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb....