İranda nazir səfirə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi üçün göstəriş verib
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Səfir iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib.
Görüşdə Hüseyn Əmir Abdullahian İran Hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb. Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.
Oxşar xəbərlər
İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verdi
İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri H...