İranda iki yüksək vəzifəli şəxs işini itirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın vitse-prezidenti Məsud Mirkazemi Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri vəzifəsindən azad edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bildirilib ki, bu vəzifəyə Vergi İdarəsinin keçmiş rəisi Davud Mənzur təyin olunub. Mirkazemi isə həmin təşkilatda fəaliyyətini müşavir vəzifəsində davam etdirəcək.
Eyni zamanda Məhəmməd Cavad Sədatinejad kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Onun yerinə Baytarlıq Baş İdarəsinin rəisi Seyid Məhəmməd Ağamiri təyin olunub.Bundan əlavə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Sadiq Həyatiyan İnnovasiyalar və Rifah Fondunun baş direktoru təyin olunub.
Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...