İranda əxlaq polisi daha bir qıza hücum edib - FOTO
24
okt
2023
14:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Yəzd şəhərindəki Azadegan parkında məcburi hicab qanununa riayət etməyən gənc qız əxlaq polisi tərəfindən şiddətə məruz qalıb.
Bu barədə "Azad İran" telerqram kanalı xəbər verib.
Məlumata görə, polis qıza şillə vurub və gənc qız qorxu və stresdən huşunu itirib, yıxılarkən başı yerə dəyib.
Qeyd edək ki, həmin qız xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Oxşar xəbərlər
İranda “Əxlaq polisi” gənc qızı döyüb - VİDEO
İranda “Əxlaq polisi” gənc qızı döyüb. “Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər təqdim edib. Məlumata görə, hadisə Əhvaz şəhərinin sahil parkında...