İranda Alparslan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilmir
Yeniliklərdən dərhal xəbərdar olun
İranda Qeydiyyat İdarəsi Alparslan türk adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iki aydır doğulan azərbaycanlı körpəyə doğum şəhadətnaməsi almaq mümkün olmayıb.
Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur Qeydiyyat İdarəsinin antitürk siyasətini tənqid edərək bildirib ki, övladına Alparslan adı qoyduğu üçün hökumətin doğum şəhadətnaməsi verməməsi onu və övladını böyük problemlərlə qarşı-qarşıya qoyub.
Belə ki, övladına peyvənd vurdurmağa və müalicə xidmətlərindən yararlanmağa imkan verilmir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...