İran XİN başçısı: “Qafqazdakı gərginlik sülhlə əvəzlənməlidir”

İran XİN başçısı: “Qafqazdakı gərginlik sülhlə əvəzlənməlidir”
Siyasət 0

“Qafqazdakı gərginlik təhlükəsizik və sülhün bərpa olunması ilə əvəzlənməlidir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla Tehranda baş tutmuş görüşlə bağlı “X”də yazıb.

O bildirib ki, müzakirələr zamanı ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin balanslaşdırılmasının zəruriliyi qeyd olunub: “Bakı və Tehran ikitərəfli münasibətlərin fəal inkişafı ilə bağlı razılığa gəliblər”.

Qeyd edək ki, X.Xələfov dünən Tehranda H.Ə.Abdullahianla görüşüb.

Son xəbərlər