İran parlamentinin saytına haker hücumu olub - FOTO
13
fev
2024
23:36
İranın hökumət mediası xəbər verir ki, bu gün “Xane-ye Mellət” və ya İCANA kimi tanınan parlamentin xəbər agentliyinin saytına haker hücumu edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, agentliyin internet saytı işləmir. Bununla yanaşı, Xalq Mücahidləri Təşkilatına yaxın haker qrupu İran parlamentinin serverlərinə də sızdığını bildirib. Sözügedən saytda Xalq Mücahidləri Təşkilatının rəhbərlərinin şəkilləri yüklənib.Qeyd olunur ki, “Xane-ye Mellət" xəbər saytının sosial şəbəkələri isə bununla bağlı heç bir açıqlama verməyib.
Oxşar xəbərlər
İran XİN-in rəsmi saytlarına haker hücumu: “Xameneiyə ölüm olsun” - VİDEO
Bazar günü “Qeyam ta Sərnequni” (çevrilişə qədər qiyam) adlı internet resursu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytlarını bloklayıb. BAKU.WS “Azad İ...