İran Ordusunun Baş Qərargah rəisi: “Azərbaycanla əlaqələrimiz inkişaf edir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla əlaqələrimiz inkişaf edir”.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.
“Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”, - İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün bu gün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. M.Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...