İran mediası şeyxi hədəf aldı - “Şeytana biət edir”
Yeniliklərdən dərhal xəbərdar olun
Allahşükür Paşazadə İranla bağlı verdiyi müsahibədən sonra SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib. İran mediası onu "sionistlərə qulluqda" ittiham edib. Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.
BAKU.WS mouze teleqram kanalına istinadən xəbər verir ki, bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biət etdiyini" yazır, onu casus adlandırırlar.
Xatırladaq ki, Allahşükür Paşazadə "Real TV"-yə verdiyi son müsahibəsində İranın Azərbaycana xəyanət etdiyini demişdi:
“Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”, - deyə Şeyx müsahibəsində İran hökumətini nəzərdə tutaraq bildirib.
Oxşar xəbərlər
Rəisinin erməni spikerlə görüşündəki bəyanatı: İranın klassik yanaşması niyə özünü doğrultmur? - TƏHLİL
Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçir...