İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar.
Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...