İran HƏMAS və İsrail arasında istənilən atəşkəs razılaşmasını dəstəkləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İran Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında şərtləri fələstinlilər üçün məqbul olan istənilən atəşkəs və ya barışıq sazişini dəstəkləyəcək.
Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Heya ilə söhbətində deyib.
“İran İslam Respublikası Qəzzada atəşkəs və ya müharibənin dayandırılması ilə bağlı Fələstin müqaviməti və Həmas tərəfindən qəbul ediləcək istənilən razılaşmanı dəstəkləyəcək”,-deyə İran Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalına yerləşdirilən məlumatda qeyd olunur.
Əraqçının qeyd etdiyi kimi, yeni hökumətin gəlişindən sonra Qəzza zolağında münaqişə ilə bağlı Tehranın mövqeyi dəyişməz qalacaq və İran əvvəlki kimi Fələstinə dəstəyini davam etdirəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...