İran hakimiyyəti aviaşirkətlərə ölkənin hava məkanı ilə bağlı çağırış edib
07
avq
2024
23:51
İran hakimiyyəti aviasiya şirkətlərindən hərbi təlimlərlə əlaqədar ölkənin hava məkanından yayınmağı xahiş edib.
“Report” xəbər verir ki, bu barədə Misirin “Extra News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Misirin Mülki Aviasiya Nazirliyindəki mənbə deyib ki, hərbi təlimlərlə əlaqədar İranın hava məkanında uçuşların təhlükəli olacağı barədə Tehrandan bildiriş alınıb.
Qeyd olunub ki, müvafiq bildiriş dünyanın bütün aviaşirkətlərinə göndərilib.
Oxşar xəbərlər
İran və İsrailin orduları nə qədər güclüdür? Tehranın ən zəif yeri... - FOTO
İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olmasıdır. BAKU.WS hər iki ölkənin orduları h...