İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib.
BAKU.WS xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu təklifi Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan bu təklifi cavabsız qoyub: “İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib”, - deyə Qriqoryan vurğulayıb.
Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: “Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”, - deyə o narazılıq edib.
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...