İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır

“İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır, bunu sülhə nail olmaq yolunda konstruktiv, müsbət və təqdirəlayiq addım hesab edir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinqdə jurnalistlərə açıqlamasında bəyan edib.
“Bu birgə bəyanat regional problemlərin həlli üçün regional dialoqun və mexanizmlərin nə qədər təsirli ola biləcəyini göstərir”, - deyə o vurğulayıb.
XİN sözçüsü bildirib ki, davamlı sülhə nail olmaq region ölkələri arasında sülhün və etimad mühitinin möhkəmləndirilməsini tələb edir.“Ümid edirik ki, iki ölkə arasında sülh danışıqları prosesi səmərəli nəticələnəcək. İran olaraq biz bu məsələni alqışlayırıq, sabit və ədalətli sülhə nail olmaq, həmçinin Cənubi Qafqazda daha çox yaxınlaşma yaratmaq üçün hər iki ölkəyə kömək etməyə hazırıq”, - deyə N.Kənani qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
